"Mançester Yunayted"in oyununda terror təhlükəsinə görə təxliyyə olunanlar arasında azərbaycanlı azarkeşlər də olub
Futbol
- 16 may, 2016
- 05:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 may. REPORT.AZ/ Futbol üzrə İngiltərə Premyer Liqasında XXXVIII turun təxirə salınmış "Mançester Yunayted" - "Bornmut" matçı zamanı tribunadan təxliyyə olunanlar arasında azərbaycanlı azarkeşlər də olub. "Report"un məlumatına görə, bu barədə həmin fanatlardan biri BBC-yə açıqlamasında bildirib.
"Biz Azərbaycandan gəlmişik. 8 saatlıq uçuşdan sonra Mançesterə çatmışıq. Ümid edirik ki, oyun yenidən təxirə salınmayacaq" - deyə adı açıqlanmayan azarkeş vurğulayıb.
Qeyd edək ki, mayın 15-də keçirilməli olan oyun "Old Trafford" stadionunda şübhəli zərf tapılması səbəbindən təxirə salınıb. Dərhal tribunalardan ikisi boşaldılıb. Oyun isə 17 may Bakı vaxtı ilə saat 23:00-a təxirə salınıb.
Son xəbərlər
16:06
Foto
Almaniya səfiri Sumqayıt Sənaye Parkında olub
Sənaye
16:04
PSJ hücum xəttini gücləndirmək üçün İbrahim Mazanı transfer etməyi planlaşdırır
Futbol
15:59
Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə üzrə əməkdaşlıq Sazişi təsdiqlənib
Digər
15:54
Paşinyanın demokratiyadan sui-istifadəsi – imzalanması gecikən sülh sazişi
Analitika
15:51
Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq
Ekologiya
15:43
Foto
Xankəndidə Azərbaycan-BMT yüksək səviyyəli dialoqu keçirilib - Yenilənib
Xarici siyasət
15:36
Foto
Salyanda avtoqəza olub, ölən və yaralananlar var
Hadisə
15:31
Bakı, Gəncə və Sumqayıtda 82 kiloqram narkotik dövriyyədən çıxarılıb
Hadisə
15:24
Foto
Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edib
Daxili siyasət