"Mançester Siti" Rodrinin müqaviləsinin müddətini ən qısa zamanda uzatmaq istəyir

"Mançester Siti" Rodrinin müqaviləsinin müddətini ən qısa zamanda uzatmaq istəyir İngiltərənin "Mançester Siti" klubunun rəhbərliyi futbolçu Rodri Hernandesin müqaviləsinin müddətini ən qısa zamanda uzatmağı planlaşdırır.
Futbol
1 Noyabr , 2024 11:38
Mançester Siti Rodrinin müqaviləsinin müddətini ən qısa zamanda uzatmaq istəyir

İngiltərənin "Mançester Siti" klubunun rəhbərliyi futbolçu Rodri Hernandesin müqaviləsinin müddətini ən qısa zamanda uzatmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Cadena SER" nəşri məlumat yayıb.

"Şəhərlilər" ispaniyalı yarımmüdafiəçini saxlamaq üçün plan hazırlamağa başlayıb. "Qızıl top"u qazanan oyunçu top-klubların diqqət mərkəzindədir.

Qeyd edək ki, Rodrinin hazırkı sözləşməsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi