"Mançester Siti" çempionu darmadağın etdi
Futbol
- 02 iyul, 2020
- 22:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərə Premyer Liqasında XXXII turun son oyunu "Mançester Siti" və "Liverpul" komandaları arasında keçirilib.
"Report"un məlumatına görə, Mançesterdəki "Etihad" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:0. Hesabı 25-ci dəqiqədə penaltidən Kevin de Breyne açıb. Rəhim Sterlinq 35-ci, Fil Foden 45-ci dəqiqədə fərqlənib. Son nöqtəni isə 66-cı dəqiqədə "Liverpul"un futbolçusu Aleks Oksleyd-Çemberlen qoyub. Lakin o, topu öz komandasının qapısına göndərib.
Bu nəticədən sonra xalını 66-ya yüksəldən "Mançester Siti" 2-ci pillədə möhkəmlənib. 86 xala malik "Liverpul" isə məğlubiyyətə baxmayaraq, çempionluğu hələ ötən tur təmin edib.
Son xəbərlər
01:44
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb
Digər ölkələr
01:22
Almaniyada 800 illik qəsr 1 avroya satışa çıxarılıb
Digər ölkələr
00:54
Rusiya səfiri: Moskva Yerevanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazırdır
Region
00:30
Foto
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə
00:01
Video
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
Daxili siyasət
00:00
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Daxili siyasət
23:57
Braziliyada avtomobilin gölə düşməsi nəticəsində on nəfər ölüb
Digər ölkələr
23:47
İranın Qeşm adasında partlayışlar baş verib
Region
23:41
"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib
Xarici siyasət