“Mançester Siti” “Barselona"nın əsas ulduzlarından birini transfer etmək istəyir

“Mançester Siti” “Barselona"nın əsas ulduzlarından birini transfer etmək istəyir “Mançester Siti” “Barselona”nın vingeri Rafinya Diası transfer etmək istəyir.
Futbol
12 aprel 2025 08:43
“Mançester Siti” “Barselonanın əsas ulduzlarından birini transfer etmək istəyir

“Mançester Siti” “Barselona”nın vingeri Rafinya Diası transfer etmək istəyir.

“Report” xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.

“Şəhərlilər"in hücumameyilli yarımmüdafiəçiləri Kevin de Bruyne, Bernardu Silva və Fil Foden bu mövsüm klubun gözləntilərini doğrultmadıqları üçün baş məşqçi Xosep Qvardiola yeni ulduz hücumçu transfer etmək istəyir. İspaniyalı mütəxəssis Rafinyanı hələ “Barselona”ya keçməmişdən əvvəl transfer etməyə çalışıb, indi isə yenidən bunu gerçəkləşdirməyə cəhd edəcək.

Öz növbəsində, 28 yaşlı braziliyalı Kataloniya klubunda xoşbəxt olduğunu bildirib.

Bu mövsüm Rafinya klub səviyyəsində 45 matçda 28 qol vurub və 22 məhsuldar ötürmə edib. Müxtəlif məlumatlara görə, Rafinya cari mövsümün yekunlarına əsasən “Qızıl top”u qazanmağa əsas namizədlərdən biridir.

Orphus sistemi