Mali yığmasının futbolçusu Fransada polisi vurduğu üçün həbs olunub
Futbol
- 04 iyul, 2017
- 11:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 iyul. REPORT.AZ/ Mali yığmasının və Almaniyanın “Verder” klubunun futbolçusu Sambu Yatabare Fransada polisə hücum etdiyi üçün həbs olunub.
“Report”un “L'Equipe” nəşrinə istinadən verdiyi məlumata görə, insident ötən bazar günü Parisdəki hava limanının dayanacağında baş verib. Polis 28 yaşlı yarımmüdafiəçini saxladıqdan sonra onların arasında mübahisə düşüb. Nəticədə futbolçu asayiş keşikçisinin gözünə zərbə endirib.
Qeyd edək ki, Sambu Yatabare həm də Fransa vətəndaşıdır. O, “Kan”, “Bastiya”, “Genqam” və “Monako” komandalarında çıxış edib.
Son xəbərlər
10:01
Azərbaycana turist axını 6 % azalıb
Turizm
10:00
Emin Əmrullayev SABAH proqramının tələbələri ilə görüşüb
Digər
09:59
Azərbaycan nefti cüzi bahalaşıb
Energetika
09:54
Makron hüquq-mühafizə orqanları və kəşfiyyat xidmətlərinin iştirakı ilə müşavirə çağırıb
Digər ölkələr
09:45
Video
FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır
Futbol
09:41
Monteneqroda Berlin Prosesi Liderlər Sammiti keçirilir
Xarici siyasət
09:33
UEFA Konfrans Liqası: II turun oyunları bu gün keçiriləcək
Futbol
09:24
SEPAH Fars körfəzində dörd gəmiyə zərbə endirildiyini bəyan edib
Digər ölkələr
09:17
UEFA Avropa Liqası: "Beşiktaş" İngiltərə, "Yuventus" Fransa klubu ilə qarşılaşacaq
Futbol