"Legiya"nın futbolçuları hücuma məruz qalıb, Mahir Emreli döyülüb

"Legiya"nın futbolçuları hücuma məruz qalıb, Mahir Emreli döyülüb Polşanın "Legiya" klubunun azarkeşləri Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduqları Ekstralasanın XVIII tur oyunundan sonra futbolçulara hücum edib.
Futbol
855
13 Dekabr , 2021 09:15
Legiyanın futbolçuları hücuma məruz qalıb, Mahir Emreli döyülüb

Polşanın "Legiya" klubunun azarkeşləri Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduqları Ekstraklasanın XVIII tur oyunundan sonra futbolçulara hücum edib.

"Report" "Interia" nəşrinə istinadən xəbər verir ki, fanatlar qarşılaşmanın final fitindən sonra bazaya yollanıblar.

Onlardan bir neçəsi avtobusa daxil olaraq qarşıdurmaya səbəb olublar. Nəticədə komandanın iki legioneri xəsarət alıb. Onlardan birinin Azərbaycan millisinin hücumçusu Mahir Emreli, digərinin isə Lukinyas olduğu bildirilib.

Polis dərhal hadisə yerinə gəlib. Polisin rəsmi açıqlamasında oyunçuların xəsarət alması təsdiqlənməyib. Nəşr bu görüşdən sonra baş məşqçi Marek Qolebiyevskinin futbolçularla vidalaşdığını və daha sonra istefa verdiyini yazıb.

Qeyd edək ki, Mahir Emreli "Visla" ilə görüşə start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib.

Son xəbərlər

Orphus sistemi