Mahir Emreli Xorvatiyanın ən titullu klubu ilə müqavilə bağlayıb

Mahir Emreli Xorvatiyanın ən titullu klubu ilə müqavilə bağlayıb Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna keçib.
Futbol
3 Fevral , 2022 01:07
Mahir Emreli Xorvatiyanın ən titullu klubu ilə müqavilə bağlayıb

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna keçib.

"Report"un əldə etdiyi məlumata görə, 25 yaşlı hücumçu bu məqsədlə Zaqrebə yollanıb. O, yeni komandasında tibbi müayinədən keçdikdən sonra 4,5 illik müqaviləyə imza atıb.

Artıq klub bununla bağlı təqdimat videosu yayaraq, "Yenidən xoş gəldin" yazıb. Videodan belə məlum olur ki, Emreli "Dinamo"da 11 nömrəli formanı geyinəcək. Polşa "Legiya"sı isə onunla müqavilənin qarşılıqlı razılıq əsasında pozulduğunu açıqlayıb.

Qeyd edək ki, Zaqreb "Dinamo"su Xorvatiyanın ən titullu klubu sayılır. "Göylər" 22 dəfə ölkə çempionu, 16 dəfə kubokun sahibi olub. Paytaxt təmsilçisi bu mövsüm avrokuboklarda mübarizəyə Çempionlar Liqasından başlayıb və III təsnifat mərhələsində Mahir Emrelinin sabiq klubu Polşa "Legiya"sını iki oyunun yekununda üstələməyi bacarıb - 1:1, 1:0. Lakin pley-off mərhələsində Moldova "Şerif"i "Dinamo"nu 3:0, 0:0 hesablı hesablarla yenib.

Nəticədə Xorvatiya klubu mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirib. Bu turnirdə isə H qrupunda 10 xalla 2-ci yeri tutan kollektiv 1/8 finalda İspaniya "Sevilya"sına rəqib olub. "Dinamo" ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi