Mahir Emreli "Legiya"nı məhkəməyə verib

Mahir Emreli "Legiya"nı məhkəməyə verib Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sını məhkəməyə verib.
Futbol
2038
10 Yanvar , 2022 18:55
Mahir Emreli Legiyanı məhkəməyə verib
Mahir Emreli

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sını məhkəməyə verib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu Varşava təmilçisinin ona olan borcuna görə bu addımı atıb.

Forvard paytaxt klubundan həm məvacibinin qalan hissəsini, həm də müqaviləsinə xitam verilməsini tələb edir.

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. ABŞ-dan hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Son xəbərlər

Orphus sistemi