Mahir Emreli "Beşiktaş"a qol vurub, komandası mövsümü heç-heçə ilə tamamlayıb

Mahir Emreli "Beşiktaş"a qol vurub, komandası mövsümü heç-heçə ilə tamamlayıb Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə "Konyaspor"unda növbəti qolunu vurub.
Futbol
7 İyun , 2023 22:59
Mahir Emreli Beşiktaşa qol vurub, komandası mövsümü heç-heçə ilə tamamlayıb

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin icarə əsasında çıxış etdiyi "Konyaspor" Türkiyə Super Liqasında 2022/2023 mövsümünü heç-heçə ilə başa vurub.

"Report"un məlumatına görə, sonuncu - 38-ci turda "Beşiktaş"ın qonağı olan Konya təmsilçisi məhsuldar sülhə razılaşıb - 3:3. Qonaqların ikinci qolunu 47-ci dəqiqədə məhz Emreli vurub.

Bu nəticədən sonra xallarını 41-ə çatdıran "Konyaspor" çempionatı 8-ci pillədə başa vurub. "Beşiktaş" isə 2-ci olmaq şansını əldən verərək, 78-ci xalla "Fənərbağça"dan sonra 3-cü yeri tutub.

Qeyd edək ki, Mahir Emreli müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsusdur.

22:14

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə "Konyaspor"unda növbəti qolunu vurub.

"Report"un məlumatına görə, 25 yaşlı forvard Superliqanın sonuncu - XXXVIII turunda səfərdə "Beşiktaş"ın qapısına yol tapıb.

İkinci hissədə meydana daxil olan forvard cəmi 2 dəqiqə sonra fərqlənərək hesabı bərabərləşdirib - 2:2.

Bu, Emrelinin "Konyaspor"da 2-ci qolu olub.

Qeyd edək ki, hazırda görüşdə hesab qonaqların xeyrinədir - 3:2.

Son xəbərlər

Orphus sistemi