Mahir Emreli "Konyaspor"da debüt edib

Mahir Emreli "Konyaspor"da debüt edib Emreli matça start heyətdə başlayıb
Futbol
21 Fevral , 2023 18:03
Mahir Emreli Konyasporda debüt edib

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyənin "Konyaspor" klubunda debüt edib.

"Report"un məlumatına görə, 26 yaşlı hücumçu "Afyonspor"a qarşı yoldaşlıq oyununda meydana çıxıb.

Emreli matça start heyətdə başlayıb və ikinci hissə əvəzlənib.

Qarşılaşma Konya təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüş ölkədəki zəlzələ səbəbindən bir dəqiqəlik sükutla başlayıb.

Qeyd edək ki, Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsus olan forvardın Konya təmsilçisi ilə icarə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi