“Azərbaycanın birinci dərəcəli komandası olan “Neftçi”yə qarşı mükəmməl keyfiyyətdə oyun olacağını düşünürəm”.
“Report” xəbər verir ki, bunu Macarıstan “Vaşaş”ının baş məşqçisi Elemer Kondas klubun rəsmi saytına açıqlamasında “Neftçi” ilə keçiriləcək yoxlama görüşündən gözləntiləri barədə danışarkən deyib.
60 yaşlı çalışdırıcı bildirib ki, Türkiyənin Antalya şəhərində baş tutacaq qarşılaşma öncəsi komandası gərgin qrafikdə məşqlərini edir: “Məşqlərdə nəyi modelləşdirməyə çalışırıqsa, onu “Neftçi”yə, daha sonra isə digər rəqiblərə qarşı matçlarda görmək istəyirik. “Neftçi” ilə görüşdə futbolçuların cəmi 45 dəqiqəlik iş yükü olacaq. Çünki hər iki hissədə fərqli “11-lik”lə çıxış edəcəyik. Bu oyunda iştirak etməyənlər isə ritmdən düşməmək üçün matçın yükünə bərabər məşq edəcəklər”.
Qeyd edək ki, “Neftçi” – “Vaşaş” oyunu yanvarın 10-da keçiriləcək.