Lüksemburq millisi Bakıya itkilərlə gələcək

Lüksemburq millisi Bakıya itkilərlə gələcək Lüksemburq yığması Azərbaycanla keçirəcəyi UEFA Millətlər Liqası oyunu üçün Bakıya ciddi itkilərlə gələcək.
Futbol
26 Avqust , 2020 14:08
Lüksemburq millisi Bakıya itkilərlə gələcək

Lüksemburq yığması Azərbaycanla keçirəcəyi UEFA Millətlər Liqası oyunu üçün Bakıya ciddi itkilərlə gələcək. 

"Report" xəbər verir ki, bu barədə baş məşqçi Lük Holts mətbuat konfransında bildirib. 51 yaşlı mütəxəssis yerli "Virtol" klubunun oyunçusu David Türpelin zədə səbəbindən oynamayacağını söyləyib.

O, bundan əlavə, ABŞ-ın “Nyu-York Siti” klubunda çıxış edən Maksim Şanonun da xidmətindən yararlana bilməyəcəyini açıqlayıb: "Mən Maksimlə telefonla uzun müddət danışdım. ABŞ-a qayıtdıqdan sonra onu iki həftəlik karantin gözləyir. Biz isə bunu istəmirik".

Holts bu oyunçuların əvəzinə hazırda klubsuz olan Marvin Martins və Kris Filipsi komandaya cəlb edib. Komandanın hazırlığına qoşula bilməyən "Rasinq"in oyunçusu Daniel da Mota komandadan kənarda qalıb. "Differdanj"dan Orelyen Joakim isə millidəki karyerasını başa vurub. 

Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq matçı saat 20:00-da başlayacaq. Yığma komanda 3 gün sonra səfərdə Kiprlə qarşılaşacaq. 

Son xəbərlər

Orphus sistemi