Lukas Podolski tanınmış idmançı ilə güləşəcək

Lukas Podolski tanınmış idmançı ilə güləşəcək Türkiyənin Antalyaspor klubunun futbolçusu Lukas Podolski başqa idman sahəsində də nəyə qadir olduğunu göstərməyə hazırlaşır.
Futbol
22 Aprel , 2020 19:23
Lukas Podolski tanınmış idmançı ilə güləşəcək

Türkiyənin "Antalyaspor" klubunun futbolçusu Lukas Podolski başqa idman sahəsində də nəyə qadir olduğunu göstərməyə hazırlaşır.

"Report"un yerli mətbata istinadən məlumatına görə, Polşa əsilli alman hücumçu yağlı güləşin baş pəhləvanı Ali Gürbüzlə qüvvəsini sınayacaq.

Duelin koronavirus pandemiyası başa çatdıqdan sonra baş tutacağı bildirilib.

35 yaşlı forvard Türkiyə telekanallarından birində görüşlə bağlı bunları deyib: "Ali Gürbüz bir az gözləsin. Bir-birimizə toxuna bilmədiyimizdən onu məğlub etməyim üçün pandemiyanın bitməsi lazımdır".

Qeyd edək ki, "Antalyaspor"dan əvvəl Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən Lukas Podolski sözügedən ölkədə sumo güləşi ilə də məşğul olub.

Son xəbərlər

Orphus sistemi