Luka Modriç "Real" klubunun tarixinə düşüb
Futbol
- 01 may, 2024
- 06:58
Luka Modriç Çempionlar Liqasında İspaniyanın "Real" klubunun heyətində meydana çıxan ən yaşlı futbolçu olub.
"Report" xəbər verir ki, yarımmüdafiəçi 38 yaş 234 günlüyündə "Bavariya" ilə yarımfinal mərhələsinin ilk matçında çıxış edib.
Xorvatiya millisinin kapitanı bununla da əfsanəvi Ferents Puşkaşın 1965-ci il noyabrın 17-dən bu yana qırılmayan rekordunu yeniləyib. Macarıstanlı qoleador 38 yaş 229 günlüyündə meydana çıxıb.
Modriç bu göstəricini Madrid klubunun heyətində keçirdiyi 528-ci, Çempionlar Liqasında isə 118-ci oyununda yeniləyib.
Qeyd edək ki, "Bavariya" - "Real" matçı heç-heçə (2:2) yekunlaşıb.
Son xəbərlər
04:55
Tramp İran ətrafındakı vəziyyətlə bağlı görüşlər keçirəcək
Digər ölkələr04:12
İrlandiya 43 Gürcüstan vətəndaşını deportasiya edib
Region03:50
Ərdoğan regiondakı gərginlik fonunda Türkiyənin Küveytə dəstəyini ifadə edib
Region03:13
Tramp Ağ Evin yanında yeni helikopter meydançasının açılışını edib
Digər ölkələr02:44
Foto
Azərbaycanlı pianoçu Serbiyada keçirilən konsert proqramında çıxış edib
Mədəniyyət siyasəti02:18
Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələri başlayır
Digər ölkələr01:39
MKİ rəhbəri İrlandiyada Zelenski ilə görüşüb
Digər ölkələr01:06
Rumıniyada COVID-19 pandemiyasında ölən insanların cəsədlərinin olduğu kütləvi məzarlıq aşkarlanıb
Digər ölkələr00:37