İngiltərə çempionatı: "Liverpul" "Vest Hem"ə qalib gələ bilməyib

İngiltərə çempionatı: "Liverpul" "Vest Hem"ə qalib gələ bilməyib Bakı. 5 fevral. REPORT.AZ/ Liverpul futbol komandası İngiltərə çempionatının 25-ci turunun matçında Londonun Vest Hem komandasına qalib gələ bilməyib.
Futbol
5 Fevral , 2019 02:27
İngiltərə çempionatı: Liverpul Vest Hemə qalib gələ bilməyib

Bakı. 5 fevral. REPORT.AZ/ "Liverpul" futbol komandası İngiltərə çempionatının 25-ci turunun matçında Londonun "Vest Hem" komandasına qalib gələ bilməyib.

"Report" xəbər verir ki, Londonda keçirimiş qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Qonaqların heyətində Sadio Mane fərqlənib. O, 22-ci dəqiqədə hesabı açıb. Lakin meydan sahibləri qısa müddətdə hesabı bərabərləşdirməyə nail olublar. Maykl Antonio 6 dəqiqə sonra komandasının yeganə qolunu vurub.

"Liverpul" İngiltərə Premyer Liqasında 25 turdan sonra "Mançester Siti"ni 3 xalla (62 xal) qabaqlayaraq turnir cədvəlində liderlik edir. "Vest-Hemi" isə siyahıda 12-ci yerdə (32 xal) qərarlaşıb. 

Daha əvvəl “Liverpul”un ulduz futbolçusu Məhəmməd Salah sosial şəbəkə hesablarını silməyə qərar verib.

Son xəbərlər

Orphus sistemi