"Liverpul" və "Tottenhem" ÇL-in yarımfinalına vəsiqə qazanıb

"Liverpul" və "Tottenhem" ÇL-in yarımfinalına vəsiqə qazanıb Futbol üzrə Çempionlar Liqasının son iki yarımfinalçısı məlum olub.
Futbol
18 Aprel , 2019 00:55
Liverpul və Tottenhem ÇL-in yarımfinalına vəsiqə qazanıb

Futbol üzrə Çempionlar Liqasının son iki yarımfinalçısı məlum olub.

"Report" xəbər verir ki, "Ayaks" (Hollandiya) və "Barselona"nın (İspaniya) ardınca İngiltərənin "Liverpul" və "Tottenhem" klubları ÇL-in yarımfinal mərhələsinə vəsiqə qazanıb.

"Liverpul" 1/4 final mərhələsinin cavab oyununda "Portu"nun qonağı olub. Yerli "Draqau" stadionunda baş tutan görüş qonaqların 4:1 hesablı darmadağını ilə yekunlaşıb.

Paralel keçən qarşılaşmada "Mançester Siti" öz meydanında "Tottenhem"lə qarşılaşıb. Gərgin keçən oyunda qapılara 7 qol vurulub. "Şəhərlilər" 4:3 hesabı ilə (İlk oyun 0:1) qalib gəlsələr də, qonaqlar iki oyunun nəticəsində mərhələ adlayıblar.

Çempionlar Liqası, 1/4 final, 2-ci oyun

"Portu" – "Liverpul" - 1:4

Qollar: 0:1 – Mane – 26, 0:2 – Salah – 65, 1:2 – Militao – 68, 1:3 – Firmino – 77, 1:4 – Van Deyk – 84

"Mançester Siti" – "Tottenhem Hotspur" - 4:3

Qollar: 1:0 – Sterlinq – 4, 1:1 – Min – 7, 1:2 – Min – 10, 2:2 – Silva – 11, 3:2 – Sterlinq – 21, 4:2 – Aquero – 59, 4:3 – Lyorente – 73

Son xəbərlər

Orphus sistemi