“Liverpul”un hücumçusu Ronaldu ilə komanda yoldaşı olur
Futbol
- 05 yanvar, 2023
- 14:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Liverpul”un futbolçusu Roberto Firmino Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda Kriştianu Ronaldu ilə komanda yoldaşı olmağa hazırlaşır.
“Report” xəbər verir ki, braziliyalı hücumçu ilə danışıqlar yekunlaşmaq üzrədir. 32 yaşlı forvard başqa təklifləri olmasına baxmayaraq, “Əl-Nəsr”də oynamaq ehtimalını daha yüksək qiymətləndirir.
Ronaldunun ərəblərlə müqavilə bağlaması da Firminonun qərarına təsir göstərib. Onun yayda azad agent kimi bu kluba keçməsi gözlənilir.
Qeyd edək ki, Roberto Firmino bu mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 21 oyunda 9 qol vurub, 4 məhsuldar ötürmə verib.
Son xəbərlər
04:38
Mark Karni hərbi bazada partlayış nəticəsində hərbçilərin öldüyünü təsdiqləyib
Digər ölkələr
04:23
İtaliyada aksiyalar zamanı 160 etirazçı saxlanılıb
Digər ölkələr
03:48
SEPAH: Hörmüz boğazında tanker minaya düşüb
Region
03:12
La Liqa: "Real" "Sevilya"nı darmadağın edib
Futbol
02:53
Liviyada hərbi düşərgədə partlayış nəticəsində yeddi nəfər ölüb
Digər ölkələr
02:35
Türkiyə Moskva - Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq
Region
02:18
Tramp Rusiya-Ukrayna danışıqlarında irəliləyiş olduğunu açıqlayıb
Digər ölkələr
01:38
ABŞ Ukrayna qaçqınlarının ərazisində qalmaq hüququnu ləğv etməyəcək
Digər ölkələr
01:28
Nizami rayonunda iki gün su olmayacaq
İnfrastruktur