Məhəmməd Salahın zədə səbəbindən buraxacağı oyunların sayı açıqlanıb

Məhəmməd Salahın zədə səbəbindən buraxacağı oyunların sayı açıqlanıb Misir milli futbol komandasının kapitanı, habelə “Liverpul”un aparıcı futbolçusu Məhəmməd Salahın zədə səbəbindən buraxacağı oyunların sayı bəlli olub.
Futbol
20 Yanvar , 2024 02:31
Məhəmməd Salahın zədə səbəbindən buraxacağı oyunların sayı açıqlanıb

Misir millisinin kapitanı, İngiltərənin “Liverpul” klubunun aparıcı futbolçusu Məhəmməd Salahın zədə səbəbindən buraxacağı oyunların sayı bəlli olub.

“Report” xəbər verir ki, bu barədə Misir Futbol Assosiasiyasının mətbuat xidməti feysbukda məlumat yayıb.

Bildirilib ki, Afrika Millətlər Kubokunun qrup mərhələsinin Qana millisinə qarşı oyununda zədələnərək meydanı tərk edən hücumçuya əzələ dartılması diaqnozu qoyulub. Salah qrup mərhələsinin son oyununu buraxacaq. Həmçinin Misir millisi 1/8 finala çıxarsa, “qırmızılar”ın hücumçusu bu matçda da iştirak edə bilməyəcək.

Qeyd edək ki, Afrika Millətlər Kubokunun qrup mərhələsində iki oyundan sonra Misir millisinin hesabında 2 xal var. Şimali Afrika təmsilçisi qrupda ikinci pillədə qərarlaşıb. Qrupun lideri 6 xalla vaxtından əvvəl 1/8 finala yüksələn Kabo-Verde komandasıdır. Qana və Mozambik yığmalarının hərəyə 1 xalı var. Misir son turda, yanvarın 22-də Kabo-Verde ilə qarşılaşacaq.

31 yaşlı Salah hazırkı Afrika Millətlər Kubokunda bir qol vurub və bir məhsuldar ötürmə edib. Hücumçu bu mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə 27 oyun keçirib, 18 qol vurub və 9 məhsuldar ötürmə verib.

Son xəbərlər

Orphus sistemi