"Liverpul" səfərdə "Arsenal"a qalib gəlib

Futbol
  • 16 mart, 2022
  • 22:09
Liverpul səfərdə Arsenala qalib gəlib

Futbol üzrə İngiltərə Premyer Liqasında XVI turdan təxirə salınmış iki oyun keçirilib.

"Report"un məlumatına görə, günün ilk matçında "Tottenhem" səfərdə "Brayton"a 2:0 hesabı ilə qalib gəlib. Qonaqların heyətində qolları 37-ci dəqiqədə Kristian Romero və 57-ci dəqiqədə Harri Keyn vurublar.

Bu qələbədən sonra xallarını 48-ə çatdıran London təmsilçisi 7-ci pilləyə yüksəlib. 33 xalı olan "Brayton" isə 13-cüdür.

Gecənin əsas oyunu "Arsenal" və "Liverpul" komandaları arasında baş tutub. Bu qarşılaşmada da eyni hesab qeydə alınıb. Mersisayd təmsilçisi səfərdə "topçular"a 2 cavabsız qolla qalib gəlib. Matçda hesabı 55-ci dəqiqədə Dioqu Jota açıb. Cəmi 7 dəqiqə sonra fərqlənən Roberto Firmino isə oyunda son nöqtəni qoyub.

Bu qələbə ilə xallarını 69-a çatdıran "Liverpul" lider "Mançester Siti"yə bir qədər də yaxınlaşıb. İkinci sırada qərarlaşan Yurgen Kloppun başçılıq etdiyi kollektivi "şəhərlilər"dən cəmi 1 xal ayırır. "Arsenal" isə 51 xalla 4-cü pillədə yer alıb.

44 - Tezliklə