"Liverpul" PSJ-nin hücumçusunu transfer etmək istəyir

Futbol
  • 12 iyun, 2025
  • 10:02
Liverpul PSJ-nin hücumçusunu transfer etmək istəyir
Bredli Barkola

Fransanın PSJ klubunun futbolçusu Bredli Barkola karyerasını İngiltərədə davam etdirə bilər.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" 22 yaşlı hücumçunun transferində maraqlıdır.

Mersisayd təmsilçisi "Nyukasl"dan Aleksandr İsakı ala bilməyəcəyi təqdirdə fransalı oyunçuya yönələcək.

Qeyd edək ki, Bredli Barkola 2024/2025 mövsümündə PSJ-nin heyətində 58 matçda 21 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti