"Liverpul" Məhəmməd Salahla yeni uzunmüddətli müqavilə bağlayıb

"Liverpul" Məhəmməd Salahla yeni uzunmüddətli müqavilə bağlayıb Anlaşmanın müddəti və detalları açıqlanmır
Futbol
2 İyul , 2018 11:24
Liverpul Məhəmməd Salahla yeni uzunmüddətli müqavilə bağlayıb

Bakı. 2 iyul. REPORT.AZ/ Misir milli komandasının futbolçusu Məhəmməd Salah İngiltərənin "Liverpul" klubu ilə yeni müqavilə bağlayıb. 

"Report"un məlumatına görə, klubun rəsmi saytı 26 yaşlı yarımmüdafiəçinin uzunmüddətli sözləşməyə imza atdığını açıqlayıb. Lakin anlaşmanın müddəti və detalları açıqlanmır. 

Qeyd edək ki, Məhəmməd Salah "Liverpul"a 2017-ci ilin yayında keçib. Həmin vaxt onunla 5 illik razılıq əldə olunub. Debüt mövsümündə Salah 52 oyuna 44 qol vurub və mövsümün ən yaxşı futbolçusu seçilib. Yarımmüdafiəçi Rusiyadakı dünya çempionatında Misir yığmasının heyətində 2 görüşdə 2 dəfə fərqlənib. 

Son xəbərlər

Orphus sistemi