Lionel Messinin komandası MLS-in qalibi olub
Futbol
- 03 oktyabr, 2024
- 05:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Argentina millisinin futbolçusu Lionel Messinin formasını geyindiyi "İnter Mayami" ABŞ-nin MLS liqasının qalibi olub.
"Report" xəbər verir ki, bu, səfərdə "Kolumbus Kryu" ilə görüşdən sonra reallaşıb.
37 yaşlı hücumçunun komandası turnir cədvəlində ən yaxın izləyicisini 3:2 hesabı ilə məğlub edib. Messi dubla imza atıbsa, digər qolun müəllifi Luis Suares olub. "Kolumbus Kryu"dan Dieqo Rossi və Kuço Ernandes fərqlənib.
Bu qələbədən sonra xallarının sayını 68-ə çatdıran "İnter Mayami" mövsümün bitməsinə 2 tur qalmış ABŞ çempionu olub.
Qeyd edək ki, bu, argentinalı ulduzun karyerasında 46-cı tituldur.
Son xəbərlər
07:38
Bakının iki rayonunda işıq kəsiləcək
Energetika
07:04
Yaponiya kütləvi məlumat sızmalarına qarşı xüsusi qrup yaradacaq
Digər ölkələr
06:37
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
Digər ölkələr
06:13
Şimali Koreyada yeni HHM kompleksi sınaqdan keçirilib
Digər ölkələr
05:41
Qızılın qiyməti 4 100 dolları ötüb
Maliyyə
05:27
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
Digər ölkələr
04:44
Berlin polisi Bavariyanın iqtisadiyyat nazirinin ölümünü təsdiqləyib
Digər ölkələr
04:10
Hakim Cefris ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini irəli sürüb
Digər ölkələr
03:54
İsveçrə Rusiyaya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr