Lionel Messi məşqlərə başlayıb - FOTO

Lionel Messi məşqlərə başlayıb - FOTO Bakı. 31 oktyabr. REPORT.AZ/ İspaniyanın Barselona klubunun futbolçusu Lionel Messi məşqlərə başlayıb.
Futbol
31 Oktyabr , 2018 16:56
Lionel Messi məşqlərə başlayıb  - FOTO

Bakı. 31 oktyabr. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi məşqlərə başlayıb. 

"Report" xəbər verir ki, bu barədə klub rəsmi "Twitter" səhifəsindən paylaşım edib.

Kapitan bu gündən kollektiv məşqlərdə iştirak edir. 

Qeyd edək ki, Lionel Messi La Liqanın IX turunda evdə "Sevilya"nı 4:2 hesabı ilə məğlub etdikləri matçda qolundan zədələnib. Onun üç həftəyədək yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb. 33 yaşlı hücumçu bu səbəbdən X turda evdə "Real Madrid"ə 5:1 hesabı ilə qalib gəldikləri matçda iştirak edə bilməyib. Argentinalı forvard Kataloniya klubunda bütün turnirlər daxil olmaqla, 12 oyuna 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. 

Son xəbərlər

Orphus sistemi