Messi "Sevilya” ilə qarşılaşmada zədələnərək meydanı erkən tərk edib - FOTO

Messi "Sevilya” ilə qarşılaşmada zədələnərək meydanı erkən tərk edib - FOTO Bakı. 21 oktyabr. REPORT.AZ/ İspaniya çempionatının IX turunda Sevilya” ilə görüşdə Barselona”nın futbolçusu Lionel Messi zədələnərək meydanı erkən tərk edib.
Futbol
21 Oktyabr , 2018 00:48
Messi Sevilya” ilə qarşılaşmada zədələnərək meydanı erkən tərk edib - FOTO

Bakı. 21 oktyabr. REPORT.AZ/ İspaniya çempionatının IX turunda "Sevilya” ilə görüşdə "Barselona”nın futbolçusu Lionel Messi zədələnərək meydanı erkən tərk edib.

"Report"un məlumatına görə, 31 yaşlı hücumçu 16-cı dəqiqədə qonaq komandanın oyunçusu Franko Vaskeslə toqquşaraq yerə yıxılıb. Nəticədə onun sağ qolu əzilib.

Həkimlər argentinalı forvardın qolunu bintlə sarısalar da, o, oyunu davam etdirə bilməyib və əvəzlənib. Ulduz futbolçu qolunda güclü ağrı olduğunu gizlətməyib.

Qeyd edək ki, Lionel Messi bundan əvvəl oyunun 12-ci dəqiqəsində komanda yoldaşı Luis Suaresin məhsuldar ötürməsini qola çevirib.

Son xəbərlər

Orphus sistemi