Lionel Messi dünyada ilin idmançısı seçilib
Futbol
- 06 yanvar, 2023
- 05:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Argentina millisinin və Fransanın PSJ klubunun futbolçusu Lionel Messi 2022-ci ilin ən yaxşı idmançısı seçilib.
“Report” xəbər verir ki, 36 yaşlı hücumçu “L'Équipe” nəşrinin apardığı səsvermədə bütün rəqiblərini qabaqlayıb.
Leo 808 səs toplayaraq, bu ada layiq görülüb. İkinci pillədə onun PSJ-dəki komanda yoldaşı Kilian Mbappe qərarlaşıb (381 səs). Respondentlərin 285 səsini toplayan ispaniyalı tennisçi Rafael Nadal üçüncü yeri tutub.
İlk “beşliy”in digər sakinləri müvafiq olaraq belçikalı velosipedçi Remko Evenepoel və niderlandlı “Formula 1” pilotu Maks Ferstappendir.
Qeyd edək ki, Lionel Messi ötən il Argentina yığması ilə Qətərdə keçirilən dünya çempionatının qalibi olub.
Son xəbərlər
16:02
Rüstəm Alimli: "Dünya çempionatında ən azı bir qızıl medal qazanmağı hədəfləyirdik"
Fərdi
15:57
Azərbaycanda informasiya və rabitə sektorundakı orta aylıq əməkhaqqı 13 %-ə yaxın artıb
İKT
15:57
NATO Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın artan rolunu qeyd edib
Xarici siyasət
15:55
Foto
Dünya Bankının nümayəndə heyəti AKİA-da qiymətləndirmə missiyası keçirib
ASK
15:53
Azərbaycanın U-15 millisi təlim-məşq toplanışına başlayıb
Futbol
15:53
Azərbaycanda bu il noutbuk və kompüter istehsalı azalıb
İKT
15:50
Azərbaycanda elektroenergetika sahəsində komissiya yaradılıb
Energetika
15:41
İtaliyada qırmızı vərəqə alan futbolçu meydana bıçaqla qayıtdığı üçün matç dayandırılıb
Futbol
15:38
Malayziyalı nazir hava limanında yıxılaraq başından xəsarət alıb
Digər ölkələr