Lionel Messi 83 illik rekordu təkrarlayıb
Futbol
- 07 dekabr, 2023
- 07:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Argentina millisinin futbolçusu Lionel Messi Braziliya yığmasının sabiq üzvü Leonidasın rekordunu təkrarlayıb.
"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu buna millidəki son 15 matçın 14-də fərqlənməklə nail olub.
Təcrübəli forvard 2022-ci il iyunun 5-dən 2023-cü il sentyabrın 8-dək 14 qarşılaşmada qol vurub. Messinin seriyası oktyabrın 13-də Paraqvayı 1:0 hesabı ilə məğlub etdikləri DÇ-2026-nın seçmə mərhələsinin görüşündə qırılıb. Messi həmin oyunun ikinci hissəsində meydana çıxıb.
Leonidas isə 1932 - 1940-cı illərdə 15 görüşün 14-də fərqlənməyə nail olub.
Son xəbərlər
00:40
İlon Mask: USAID-in fəaliyyəti çoxsaylı insanın ölümünə səbəb olub
Digər ölkələr
00:03
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
Digər ölkələr
23:48
Abdallah Sima Fransa çempionatında 12 ildən sonra bir oyunda beş qol vuran ilk futbolçu olub
Futbol
23:33
Corc Rassell Qətər Qran-prisinin sıralanma turunun qalibi olub
Formula 1
23:24
Britaniyada Əmək və Pensiya Nazirliyinin onlayn xidmətləri kiberhücum səbəbindən işləmir
Digər ölkələr
23:06
Video
Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə gedən yolda son maneə adlandırıb
Region
23:01
Stiv Uitkoff ABŞ Senatında Ukrayna ilə bağlı məxfi brifinq keçirəcək
Digər ölkələr
22:50
Los-Anceles sahillərində güclü zəlzələ olub
Digər ölkələr
22:42
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
Futbol