Libertadores Kubokunun oyunu kütləvi dava ilə yekunlaşıb - VİDEO

Futbol
  • 10 may, 2019
  • 06:13
Libertadores Kubokunun oyunu kütləvi dava ilə yekunlaşıb - VİDEO

Libertadores Kubokunun qrup mərhələsində Argentinanın "Qodoy Krus" və Çilinin "Universidad de Kosepsyon" komandaları arasında keçirilmiş həlledici oyun kütləvi dava ilə yekunlaşıb.

"Report"un məlumatına görə, baş hakim Vilton Sampayo iki qırmızı vərəqə göstərib. O, meydan sahiblərindən Fabian Enrikesi, qonaq komandadan isə Patrisio Rubionu meydandan qovub.

"Qodoy Krus" 1:0 hesabı ilə qalib gələrək, qrup ikincisi kimi "pley-off"a yüksəlib. "Universidad de Kosepsyon" isə qrup sonuncusu olub.

Qeyd edək ki, Libertadores Kubokunun hazırkı sahibi ötən mövsüm finalda "Boka Xuniors"a iki oyunun yekunda qalib gəlmiş (2:2, 3:1) "River Pleyt"dir. Bu ildən final bir oyundan ibarət olacaq və əvvəldən müəyyənləşdirilmiş stadionda keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti