"Legiya"da qalmaqal: Klub Mahir Emreliyə boyun əyməyəcək

"Legiya"da qalmaqal: Klub Mahir Emreliyə boyun əyməyəcək Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sı ilə müqaviləni pozmağı qərara alıb.
Futbol
4 Yanvar , 2022 17:45
Legiyada qalmaqal: Klub Mahir Emreliyə boyun əyməyəcək

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sı ilə müqaviləni pozmağı qərara alıb.

"Report"un "veszlo.com"a istinadən məlumatına görə, 24 yaşlı hücumçu bu barədə kluba məktub yazıb. Emreli komanda ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə toplanışa yollanmaq niyyətində olmadığını bildirib.

ABŞ-dan hüquqşünas tapan forvard müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Emreli azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Klubdan "legia.net"ə verilən açıqlamada Emrelidən məktub aldıqları təsdiqlənib. Lakin paytaxt təmsilçisi oyunçu və onun nümayəndələrinə boyun əyməyəcəyini bəyan edib. Bildirilib ki, azərbaycanlı hücumçu Varşavaya çağırılacaq və komanda ilə Dubay toplanışına yollanacaq.

Qeyd edək ki, "Legiya" hazırlıq prosesinə yanvarın 6-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi