"Lans" İtaliya klubunun hücumçusunu icarəyə götürüb

Futbol
  • 23 avqust, 2024
  • 11:56
Lans İtaliya klubunun hücumçusunu icarəyə götürüb

Fransanın "Lans" klubu İtaliya təmsilçisi "İnter"in hücumçusu Martin Satrianonu icarəyə götürüb.

"Report" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

21 yaşlı uruqvaylı ilə icarə müqaviləsi satınalma öhdəliyi ilə 2024/2025 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, Martin Satriano ötən mövsümü icarə əsasında Fransanın "Brest" klubunda keçirib. O, meydana çıxdığı 36 oyunda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti