Kurasao millisinin bütün futbolçuları və baş məşqçisi Messidən forma istəyib

Kurasao millisinin bütün futbolçuları və baş məşqçisi Messidən forma istəyib Kurasao millisinin futbolçuları Argentina ilə yoldaşlıq oyunundan sonra rəqib komandanın kapitanı Lionel Messidən 23 forma istəyiblər.
Futbol
29 Mart , 2023 18:08
Kurasao millisinin bütün futbolçuları və baş məşqçisi Messidən forma istəyib

Kurasao millisinin futbolçuları Argentina ilə yoldaşlıq oyunundan sonra rəqib komandanın kapitanı Lionel Messidən 23 forma istəyiblər.

"Report"un məlumatına görə, bu barədə komandanın kapitanı Kuko Martina mətbuat konfransında açıqlama verib.

"Heyətdə 20-dən çox oyunçumuz var. Zəhmət olmasa, bizə Leonun 23 ədəd köynəyini versinlər. Yalnız bir forma alsaq, bir-birimizlə dava edəcəyik", - 34 yaşlı müdafiəçi bildirib.

Kurasao millisinin baş məşqçisi Remko Bisentini də Fransa PSJ-sinin şərəfini qoruyan 36 yaşlı ulduz futbolçunun formasından imtina etməyəcəyini söyləyib.

Messi 7:0 hesabı ilə qalib gəldikləri matçdan sonra köynəyini rəqib komandanın qapıçısı Eloy Rumaya bağışlayıb. Qolkiper isə təcrübəli forvardın formasını paylaşaraq "Arzular gerçəkləşir" yazıb.

Son xəbərlər

Orphus sistemi