“Krus Asul”un hücumçusu ilə maraqlanan Azərbaycan klubunun adı açıqlanıb
Futbol
- 02 avqust, 2023
- 05:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Meksikanın “Krus Asul” klubunun futbolçusu Auqusto Lotti ilə maraqlanan Azərbaycan komandasının adı açıqlanıb.
“Report” xəbər verir ki, argentinalı insayder Sezar Luis Merlo sosial şəbəkə səhifəsində 27 yaşlı hücumçunun “Neftçi”nin transfer gündəmində olduğunu paylaşıb.
Onun sözlərinə görə, “ağ-qaralar”la yanaşı, Yunanıstanın “Volos” və Argentinanın “Taleres” klubu da Lottini heyətə qatmaq niyyətindədirlər. Lakin futbolçu özü Avropaya köçməyi planlaşdırdığını “Krus Asul” rəhbərliyinə bildirib. “Neftçi”nin onu icarəyə götürməsi nəzərdən keçirilir.
Qeyd edək ki, Auqusto Lottinin “Krus Asul”la müqaviləsinin müddəti 2026-cı ilin sonuna qədərdir.
Son xəbərlər
05:22
İsveçrədə milyonçunun arvadı supermarketdən oğurluq edərkən tutulub
Digər ölkələr
04:50
"Rheinmetall" Ukraynada mərmi zavodunun inşasını ləğv edə bilər
Digər ölkələr
04:16
İran HDQ: ABŞ-nin blokadasını pozmaq üçün əməliyyatlar aparılır
Region
03:37
"OpenAI" "Apple" şirkətini ticarət sirlərinin oğurluğunda ittiham edərək, iddia qaldırıb
İKT
03:09
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
Digər ölkələr
02:41
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
Digər ölkələr
02:12
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb
Region
02:07
İngiltərə Premyer Liqası: "Çelsi" "Nottingem Forest"ə məğlub olub
Futbol
01:32
Nyu-York Senatında çoxluğun lideri evində ölü tapılıb
Digər ölkələr