Kriştianu Ronaldu yeni rekord müəyyənləşdirib
Futbol
- 06 noyabr, 2017
- 07:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 noyabr. REPORT.AZ/ İspaniyanın "Real Madrid" komandasının futbolçusu Kriştianu Ronaldu yeni rekord müəyyənləşdirib.
"Report"un La Liqanın rəsmi saytına istinadən verdiyi məlumata görə, portuqaliyalı hücumçu "kral klubu"nda məhsuldar ötürmə sayında son 25 ilin ən yüksək göstəricisinə imza atıb.
XI turda "Las Palmas"ı 3:0 hesabı ilə yendikləri görüş zamanı Ronaldu qolla nəticələnən 84-cü ötürməsini verib. Bu göstəricidə 32 yaşlı forvard "Real Madrid"in əfsanəsi Raul Qonsalesi geridə qoyub. Artıq karyerasını başa vurmuş Raul 83 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm İspaniya çempionatında cəmi bir qol vurub.
Son xəbərlər
13:15
Foto
"Imagine Adama Azerbaijan" şirkətinin Saatlıda müasir istixana təsərrüfatının açılış və təməlqoyma mərasimi keçirilib
Biznes
13:14
Foto
Növbəti köç karvanı Xocavəndə çatıb - YENİLƏNİB
Daxili siyasət
13:14
Estoniya XİN başçısı Azərbaycanı enerji və ticarət sahəsində mühüm tərəfdaş adlandırıb
Xarici siyasət
13:03
Azərbaycan boksçuları IBA Prezident kubokunda mübarizə aparacaqlar
Fərdi
13:00
Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır
Xarici siyasət
12:59
Tsahkna: Estoniya Azərbaycan üçün viza məsələlərinin liberallaşdırılması prosesini dəstəkləyir
Xarici siyasət
12:59
Estoniya XİN başçısı: Rusiya ilə sərhədin bağlanması zərurətdən irəli gəlib
Xarici siyasət
12:58
Elgün Məhəmmədəlizadə: "Bal yarmarkasına 270 arıçı 101 tondan çox bal satışa çıxarıb"
ASK
12:57
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Daxili siyasət