"Krasnodar" Avropa Liqasında, "Başakşehir" qrupda qaldı

"Krasnodar" Avropa Liqasında, "Başakşehir" qrupda qaldı UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun daha 2 oyunu keçirilib.
Futbol
2 Dekabr , 2020 23:50
Krasnodar Avropa Liqasında, Başakşehir qrupda qaldı

UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun daha 2 oyunu keçirilib.

"Report"un məlumatına görə, H qrupunda Almaniya "Leyptsiq"i Türkiyədə "Başakşehir"lə qarşılaşıb.

Rəqibinə 3:4 hesabı ilə uduzan İstanbul təmsilçisi 1/8 finala çıxmaq şansını itirib. Matçda ilk qol 26-cı dəqiqədə vurulub. Qonaqlardan Marsel Zabitser komandasını önə çıxarıb. 43-cü dəqiqədə Nordi Mukiele fərqi 2 topa çatdırıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə "Başakşehir"in heyətində İrfan Can Kahveci buraxılan qollardan birinin əvəzini çıxıb. Komandalar fasiləyə bu hesabla yollanıblar. 66-cı dəqiqədə "Leyptsiq" 3-cü dəfə Türkiyə klubunu cəzalandırıb. 6 dəqiqə sonra Kahveci dubl edib. Yarımmüdafiəçi 85-ci dəqiqədə daha bir qol vuraraq, het-trikini rəsmiləşdirib. Matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə isə qonaqların heyətində Aleksander Sörlot son nöqtəni qoyub. Bu qələbədən sonra xallarını 9-a çatdıran "Leyptsiq" 2-ci pilləyə yüksəlib. "Başakşehir" isə 3 xalla sonuncudur.

E qrupunda isə Rusiya "Krasnodar"ı evdə Fransanın "Renn" klubuna 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 71-ci dəqiqə Markus Berq vurub. Bu qələbədən sonra 4-cü xalını qazanan meydan sahibləri Avropa Liqasının pley-off mərhələsinə vəsiqəni təmin ediblər.

Son xəbərlər

Orphus sistemi