Konfrans Liqasının 2024 və 2025-ci illərdəki final oyunlarının yeri açıqlanıb
Futbol
- 28 iyun, 2023
- 15:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Konfrans Liqasının 2024 və 2025-ci illərdəki final oyunlarının yeri müəyyənləşib.
“Report”un məlumatına görə, UEFA İcraiyyə Komitəsinin iclasında turnirdə 2024-cü ilin həlledici görüşünün Afinaya (Yunanıstan), 2025-ci ildə isə finalın Vroslava (Polşa) həvalə olunması qərara alınıb.
Afinadakı “Aqya Sofiya” stadionu yeni olduğundan və beynəlxalq səviyyədə heç vaxt istifadə edilmədiyindən, UEFA orada baxış keçirəcək. Təsdiq üçün şərt olaraq müşahidə müddəti müəyyən edilib.
Bundan başqa, 2025-ci ildə qadınlar arasında Çempionlar Liqasının finalına Portuqaliyanın paytaxtı Lissabon, 19 yaşadək qızlar arasında Avropa çempionatına isə Polşa ev sahibliyi edəcək.
Son xəbərlər
14:45
Böyük Britaniya Sudandakı münaqişənin 15 iştirakçısına qarşı sanksiyalar tətbiq edib
Digər ölkələr
14:43
Mahmud Qurbanov: "Əsas məqsəd kənarda qalan futbolçuları itirməməkdir"
Futbol
14:42
İsrail Qəzzada HƏMAS-ın iki komandirinin öldürüldüyünü açıqlayıb
Digər ölkələr
14:39
Foto
Video
Bakıda yanğın təhlükəsizliyi qaydalarını pozan restoranın fəaliyyəti dayandırılıb
Hadisə
14:35
Ukraynada hərbi vəziyyət rejimi daha üç ay müddətinə uzadılıb
Region
14:29
Kaya Kallas E5 qrupunun müdafiə nazirlərinin iclasında iştirak edəcək
Digər ölkələr
14:20
Azərbaycan Çexiyaya neft satışından qazancını 30 %-ə yaxın artırıb
Energetika
14:15
Video
Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub
Digər ölkələr
14:08
Azərbaycanda həyat sığortası üzrə ödənişlər 34 %-dən çox artıb
Maliyyə