Kolumbiya millisində debüt etdikdən 3 dəqiqə sonra qovuldu - VİDEO

Kolumbiya millisində debüt etdikdən 3 dəqiqə sonra qovuldu - VİDEO Belçikanın "Genk" klubunun futbolçusu Daniel Munyos Mexiya Kolumbiya milli komandasında uğursuz debüt edib
Futbol
144
4 İyun , 2021 10:15
Kolumbiya millisində debüt etdikdən 3 dəqiqə sonra qovuldu - VİDEO

Belçikanın "Genk" klubunun futbolçusu Daniel Munyos Mexiya Kolumbiya milli komandasında uğursuz debüt edib.

"Report"un məlumatına görə, 25 yaşlı müdafiəçi dünya çempionatının Peru ilə seçmə matçına çıxdıqdan 3 dəqiqə sonra qovulub. Meydana 56-cı dəqiqədə girən Munyos 59-cu dəqiqədə rəqibdən topu almaq üçün sərt oynayıb. Nəticədə baş hakim videotəkrar sisteminə baxdıqdan sonra ona qırmızı vərəqə göstərib.

Bu, seçmə mərhələlər tarixinə ən erkən qovulma kimi düşüb.

Görüş Kolumbiya yığmasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Son xəbərlər

Orphus sistemi