Klublararası dünya çempionatının ikinci turu çərçivəsində Misir “Əl-Əhli”si ilə Səudiyyə Ərəbistanı “Əl-İttihad”ı görüşüb.
“Report” xəbər verir ki, Səudiyyənin Ciddə şəhərindəki Kral Abdulla stadionunda baş tutan matçda qonaqlar qalib gələrək yarımfinala yüksəliblər.
21-ci dəqiqədə “Əl-Əhli”nin müdafiəçisi Əli Malul penaltidən hesabı açıb. Birinci hissənin sonunda “Əl-İttihad”ın fransalı hücumçusu Kərim Benzema penalti zərbəsini qola çevirə bilməyib. 59-cu dəqiqədə Hüseyn Əl Şahat “Əl Əhli”nin ikinci qolunu vurub. 3 dəqiqə sonra Emam Aşur hesabı darmadağın həddinə çatdırıb – 3:0. Görüşün sonunda Benzema “Əl-İttihad”ın heyətində 1 qol vurub.
Klublararası dünya çempionatının yarımfinalında “Əl-Əhli” Braziliyanın “Fluminense” klubu ilə qarşılaşacaq. Matç dekabrın 18-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Digər yarımfinalda isə Yaponiyanın “Urava Red Daymonds” və İngiltərənin “Mançester Siti” komandaları qarşılaşacaq.