Klopp futbolçularını sosial şəbəkələrdən imtina etməyə çağırdı
Futbol
- 09 aprel, 2021
- 19:51
İngiltərə "Liverpul"unun baş məşqçisi Yurgen Klopp futbolçularına sosial şəbəkələrdən istifadə etməməyi məsləhət görüb.
"Report"un məlumatına görə, almaniyalı mütəxəssis ESPN-ə açıqlamasında burada insanların təhqir olunduğunu bildirib.
Onun sözlərinə görə, sosial şəbəkələrdəki problem hələ də həllini tapmayıb: "İnsanlar hər hansı hesabın arxasında gizlənib istədiklərini yaza bilirlər. Bu məsələni mümkün qədər tez yoluna qoymaq lazımdır. Şəxsən mən çox tənqid olunduğum üçün sosial şəbəkələrdən istifadə etmirəm. Sənə kömək etmək istəməyən şəxslərə qulaq asmaq lazım deyil. Bu, mənim oyunçulara məsləhətimdir. Hesabları bağlamaq ən yaxşı qərardır".
Qeyd edək ki, Yurgen Klopp 2015-ci ildən "Liverpul"un baş məşqçisidir.
Son xəbərlər
11:30
ÜƏMT rəsmisi: Azərbaycanla əqli mülkiyyət sahəsində sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik
Xarici siyasət11:29
Şirkətinizdə gündəlik xərclərə vergi qənaəti əldə edin!
Biznes11:27
Yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı qanun layihələri üçüncü oxunuşda qəbul edilib
Maliyyə11:24
"İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edilib
Maliyyə11:24
"Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edilib
Maliyyə11:22
Çuvaşiyada PUA hücumundan doqquz nəfər zərər çəkib
Region11:20
Milli Məclis 2026-cı ilin dövlət büdcəsi layihəsini üçüncü oxunuşda qəbul edib
Maliyyə11:15
"Barselona"nın futbolçusu komandadan ayrıla bilər
Futbol11:13