Kiyevdə ukraynalı və türk fanatlar arasında dava düşüb

Kiyevdə ukraynalı və türk fanatlar arasında dava düşüb Azarkeşlər polis və təcili yardım gələnədək hadisə yerindən qaçıblar
Futbol
6 Dekabr , 2016 11:27
Kiyevdə ukraynalı və türk fanatlar arasında dava düşüb

Bakı. 6 dekabr. REPORT.AZ/ Kiyev "Dinamo"su ilə "Beşiktaş" arasında keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçından öncə Ukrayna və Türkiyədən olan azarkeşlər arasında toqquşma baş verib. "Report" xəbər verir ki, hadisə Kiyevin mərkəzində yaşanıb.

Zərərçəkənlər barədə hələlik məlumat yoxdur. Yalnız türk fanatlardan birinin barmağının qırıldığı bildirilir. Azarkeşlər polis və təcili yardım gələnədək hadisə yerindən qaçıblar.

Qeyd edək ki, bu gün "Olimpiyski" stadionunda keçiriləcək "Dinamo" - "Beşiktaş" matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.  

Son xəbərlər

Orphus sistemi