KİV: "Qalatasaray" azərbaycanlı futbolçu üçün meneceri ilə danışıqlara başlayıb
Futbol
- 20 avqust, 2022
- 10:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə nəhəngi "Qalatasaray" Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Toral Bayramovu transfer etmək istəyir.
"Report" Türkiyənin Doğan Xəbər Agentliyinə istinadən xəbər verir ki, 21 yaşlı sol cinah müdafiəçisi üçün İstanbul klubu futbolçunun meneceri ilə danışıqlara başlayıb.
Həmçinin, Türkiyə Super Liqasından "Kayserispor" və I diviziondan "Eyüpspor"un da bu futbolçu ilə maraqlandığı bildirilir. Xəbərdə Azərbaycan millisinin və "Qarabağ"ın digər futbolçusu Qara Qarayevin də Bayramovla birgə türk klublarının radarında olduğu vurğulanıb.
Qeyd edək ki, Toral Bayramov ötən mövsüm 36 matçda "Qarabağ"ın formasını geyinib. O, 1 qol və 5 məhsuldar ötürmə müəllifi olub.
Son xəbərlər
08:29
"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub
İnfrastruktur
08:18
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:04
Yaponiya xarici agentlərin məcburi qeydiyyatını təqdim etməyi planlaşdırır
Digər ölkələr
07:38
ABŞ HDQ İran yaxınlığında döyüş qruplaşmalarını sayını artırıb
Digər ölkələr
07:13
Ərəb koalisiyası: Səudiyyə Ərəbistanında husilərin raketləri zərərsizləşdirilib
Digər ölkələr
06:34
Almaniya xüsusi təyinatlı qüvvələrini Rusiya ilə uzunmüddətli münaqişəyə hazırlayır
Digər ölkələr
06:06
Braziliyada Bolsonarunun partiyası prezident seçkilərinin nəticələrini tanıyıb
Digər ölkələr
05:27
Türkiyədə əxlaqsızlığın təbliği əleyhinə keçirilən əməliyyat zamanı onlarla insan saxlanılıb
Region
04:48
Keyn Bundesliqanın 30 ildən sonra ilk "Qızıl top" mükafatçısı olub
Futbol