KİV: Məhəmməd Salah PSJ ilə danışıqlar aparır
Futbol
- 16 yanvar, 2023
- 19:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Misir millisisinin və İngiltərə "Liverpul"unun futbolçusu Məhəmməd Salah Fransanın PSJ komandası ilə danışıqlar apaparır.
"Report" Misir mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu mersisaydlıların səfərdə "Brayton"a 0:3 hesabı ilə uduzduğu Premyer Liqanın XX tur oyunundan sonra Paris təmsilçisinin sahibi Nasser Əl-Xəlaifi ilə görüşüb. Şam yeməyində bir araya gələn futbolçu və funksionerin mümkün transferi müzakirə etdikləri bildirilib.
PSJ-nin bir müddətdir Salahı transfer etmək istədiyi və danışıqların müsbət istiqamətdə getdiyi iddia olunub.
Qeyd edək ki, 2017-ci ildən "Liverpul"un şərəfini qoruyan Məhəmməd Salah bu mövsüm meydana çıxdığı 27 oyunda 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
15:27
ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkün olub
Daxili siyasət
15:25
Aİ İtaliyaya SAFE proqramı çərçivəsində 8 milyard avrodan çox kredit ayırıb
Digər ölkələr
15:22
Naxçıvanda orta aylıq nominal əməkhaqqı 6 % artıb
Maliyyə
15:17
Naxçıvanda bank əmanətləri 46 % artıb
Maliyyə
15:16
Nürnberq aeroportu fəaliyyətini dayandırıb
Digər ölkələr
15:15
Azərbaycanda kriptoaktivlər sahəsində qanunvericiliyə dəyişikliklər gözlənilir
Maliyyə
15:14
Naxçıvanın xarici ticarət dövriyyəsi 67 %-dən çox artıb
Biznes
15:14
Foto
FHN-in Akademiyasında andiçmə və məzunların buraxılış mərasimi keçirilib
Daxili siyasət
15:11
Azərbaycanda mobil rabitə bazarı 3 %-dən çox böyüyüb
İKT