Kilian Mbappe yeni nailiyyətə imza atıb - SİYAHI
Futbol
- 04 noyabr, 2023
- 10:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
PSJ klubunun ulduz futbolçusu Kilian Mbappe yeni uğura imza atıb.
"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu bir Fransa klubunun heyətində yüksək səviyyəli yarışlarda ən çox qol vuran oyunçuların reytinqində ikinci pilləyə yüksəlib.
Mbappe bu il ərzində sabiq komanda yoldaşı Edinson Kavanini (200 qol), Herve Revellini ("Sent-Etyen"də 214 qol), bir neçə gün əvvəl isə Fleri Di Nallonu ("Lion"da 222 qol) geridə qoyub.
Forvard Paris təmsilçisindəki qollarının sayını 224-ə çatdırıb. Rekord isə 1933-1952-ci illərdə "Soşo"da 253 qolla yadda qalan Roje Kurtuaya məxsusdur.
| Futbolçu | Ölkə | Klub | İllər | Qollar | Qolların cəmi | |||
| Liqa | Ölkə kuboku | Beynəlxalq oyunlar | ||||||
| 1 | Roje Kurtua | Fransa | "Soşo" | 1933-1952 | 209 | 44 | 253 | |
| 2 | Kilian Mbappe | Fransa | PSJ | 2017- | 158 | 30 | 36 | 224 |
| 3 | Fleri Di Nallo | Fransa | "Lion" | 1960-1975 | 182 | 29 | 11 | 222 |
| 4 | Herve Revelli | Fransa | "Sent-Etyen" | 1965-1978 | 172 | 28 | 14 | 214 |
| 5 | Edinson Kavani | Uruqvay | PSJ | 2013-2020 | 138 | 32 | 30 | 200 |
Son xəbərlər
08:25
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Digər ölkələr
08:00
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
Daxili siyasət
07:56
Foto
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - yenilənib
Hadisə
07:55
Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Digər ölkələr
07:05
Kanadada hərbi hissədə güclü yanğın baş verib, xəsarət alanlar var
Digər ölkələr
06:30
NYT: Vaşinqton sülh üçün Rusiya qazının Avropaya tədarükünün bərpasını təklif edib
Digər ölkələr
06:14
Rubio Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı gücləndirmək niyyətindədir
Digər ölkələr
05:33
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Digər ölkələr
05:05
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
Digər ölkələr