KİV: Neymar PSJ-dən ayrılmaq üçün tətilə hazırlaşır
Futbol
- 02 iyul, 2019
- 02:00
Fransanın PSJ futbol klubunun hücumçusu Neymar komandanı yaxın transfer pəncərəsi dövründə tərk etmək niyyətindədir.
Bu barədə “Report” “Sport.es”ə istinadən xəbər verir.
Qeyd edilir ki, oyunçu tətil etməyi planlaşdırır və klubun yay toplanışında iştirak etməyəcək. Buna səbəb Neymarın parislilərin heyətində qəti şəkildə oynamaq istəməməsidir.
Məlumata görə, futbolçu “Barselona”ya satılmasını istəyir. O, artıq klubla 5 illik müqaviləni də razılaşdırıb. Lakin PSJ kosmik məbləğdə pul ödədiyi Neymarı transfer etmək istəmir. Bundan əlavə, mövsümdə Neymarın transfer qiyməti də azalıb.
Neymar PSJ-yə "Barselona"dan dünya futbolu üçün rekord göstərici sayılan 222 milyon avroya keçib. Onun müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.
Son xəbərlər
12:15
Koşta: İlham Əliyevin sammitdə iştirakı Bakı və İrəvan arasında yeni ab-havanı əks etdirir
Region12:13
Paşinyan: Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir
Region12:12
Fon der Lyayen Ermənistanla əlaqəlilik üzrə tərəfdaşlığın imzalandığını açıqlayıb
Region12:11
Rusiya Ukraynada "Naftoqaz"ın obyektlərinə zərbə endirib: 5 nəfər ölüb, 37 nəfər yaralanıb
Region12:11
"Arsenal" Endrik üçün "Real"a 100 milyon avro ödəməyə hazırdır
Futbol12:10
Maldivi WUF13-də tikinti və infrastruktur nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək
Xarici siyasət12:10
ADB-nin Mərkəzi və Qərbi Asiya regionu üzrə portfelində Azərbaycanın payı 1 % təşkil edir
Maliyyə12:10
"Azercell" Beynəlxalq Xalça Festivalında "Minlərlə ilmə, bir güc" xalçasını təqdim etdi
İKT12:02
Foto