"Keşlə" Şamaxıya tam heyətlə yollandı
Futbol
- 13 iyul, 2020
- 08:37
Azərbaycanı 2020/2021 mövsümündə UEFA Avropa Liqasında təmsil edəcək "Keşlə" komanrası Bakını tərk edib.
Bu barədə "Report"a klubun Mətbuat xidmətinin rəhbəri Murad Axundov məlumat verib.
Onun sözlərinə görə, dünən koronavirus testindən keçən komanda üzvlərindən heç birində infeksiya aşkarlanmayıb. Tərlan Əhmədovun başçılıq etdiyi kollektiv bu gün səhər saatlarında təlim-məşq toplanışı üçün Şamaxıya yola düşüb. Komanda tam heyətlə sözügedən bölgəyə yollanıb.
Şamaxı Olimpiya Kompleksində məskunlaşan kollektiv məşqlərini də orada edəcək. Paytaxt təmsilçisinin toplanış müddətində yoxlama oyunları keçirəcəyi gözlənilir.
Qeyd edək ki, "Keşlə" koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl dayandırılan Premyer Liqanı 3-cü pillədə başa vurub.
Son xəbərlər
18:01
Azərbaycan iyunda "OPEC+" kvotasından gündəlik 95 min barel geri qalıb
Energetika17:57
İran Hörmüz boğazının idarəsinə ABŞ-nin müdaxiləsinə imkan verməyəcəyini bildirib
Digər ölkələr17:50
Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib
Xarici siyasət17:38
Foto
Azərbaycan və Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Media17:34
Foto
Bakı Ali Neft Məktəbinin 10-cu Məzun Günü keçirilib
Energetika17:34
Belarus səfiri regionun turizm potensialı ilə tanış olmaq üçün Qarabağa səfər edib
Qarabağ17:24
Prezident İlham Əliyev Şuşada dövlətin siyasi prioritetlərini və sülh strategiyasını ortaya qoydu - RƏY
Daxili siyasət17:24
Rusiya səfiri kiberhücumlarla bağlı ittihamlara görə Finlandiya XİN-ə çağırılıb
Digər ölkələr17:23