"Keşlə"nin baş məşqçisi: "Məğlub olduğumuz üçün məyusam"

"Keşlə"nin baş məşqçisi: "Məğlub olduğumuz üçün məyusam" "Qarabağ"la səfərdə oynamaq çətindir. Rəqib topa daha çox sahib olur. Onların qol imkanları çox idi. Futbolçular əllərindən gələni etdilər. Bu qarşılaşmanı unudub növbəti matçı düşünməliyik".
Futbol
19 Noyabr , 2021 21:07
Keşlənin baş məşqçisi: Məğlub olduğumuz üçün məyusam

"Bu komandaya qarşı səfərdə oynamaq çətindir. Rəqib topa daha çox sahib olurdu. Onların qol imkanları yetəri qədər çox idi. Futbolçular əllərindən gələni etdilər. Bu qarşılaşmanı unudub növbəti matçı düşünməliyik".

"Report"un məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov "Qarabağ"a səfərdə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XI tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis qol imkanları yarada bilməmələrindən məyus olduqlarını bildirib: "Komandamdan razı deyiləm. Oyun ərzində tamamilə müdafiə olunmaq fikrimiz yox idi. "Qarabağ" hər zonada pressinq edirdi".

Qurbanov komandanın gələcək planları barədə rəhbərliklə danışmadıqlarını sözlərinə əlavə edib: "Hansı planlar üzərində işləyəcəyimizi danışmamışıq. Mövsümün sonunu gözləyirik. Sadəcə, "Keşlə"nin adı dəyişib "Şamaxı" olacaq və bu klub Şamaxını təmsil edəcək".

Baş məşqçi turnir cədvəlində sonuncu yeri tutmaq istəmədiklərini də vurğulayıb: "Heç kim uduzmaq istəmir. Bu gün məğlub olmuşuq və məyusam. Yarışı sonuncu bitirsən və I Diviziona getməsən belə, bu, heç kimə xoş deyil".

Son xəbərlər

Orphus sistemi