"Keşlə"nin baş məşqçisi: "Heç kim komandada ab-havanı poza bilməz"

"Keşlə"nin baş məşqçisi: "Heç kim komandada ab-havanı poza bilməz" "Heç kim komandada ab-havanı poza bilməz".
Futbol
19 Fevral , 2022 19:30
Keşlənin baş məşqçisi: Heç kim komandada ab-havanı poza bilməz

"Heç kim komandada ab-havanı poza bilməz".

"Report"un məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın XVI tur oyunundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis nizam-intizam qaydaları ilə bağlı problemlərinin olmadığını bildirib: "Hansısa futbolçu əvəzlənməyi sevmir. Şəhriyar Əliyev təcrübəli futbolçudur. O, xəstələndiyi üçün toplanışda bizimlə az məşq edib və bu səbəbdən bir az formasından uzaq qalıb".

Qurbanov komandadakı psixoloji durumun yaxşı vəziyyətdə olmadığını söyləyib: "Oyuna istədiyimiz kimi başladıq. Əlimizdən gələni etdik. Futbolçular üzərilərinə düşənləri göstərməyə çalışdılar. Biz də rəqib qədər qol imkanları yaratdıq. Oyunumuzda irəliləyiş var. Artıq nəticə qazanmağın vaxtıdır. Müdafiədə boşluqlarımız var idi. Bunları analiz edib, oyunçulara çatdırmalıyıq ki, növbəti matçlarda səhvləri təkrarlamayaq. Komanda şəklində müdafiə olunmağa çalışırıq. Amma bəzən rəqibin futbolçusu elə qol vurur ki, ustalıq səviyyəsi özünü göstərir. Əlimizdə olan oyunçulardan maksimum istifadə etməliyik".

Mütəxəssis hazırkı durumlarının ürəkaçan olmadığını sözlərinə əlavə edib: "İstefa rəhbərliyə aid olan məsələdir. Rəhbərliyin mənə belə göstərişi olmayıb. Mən peşəkaram və öz işimi görürəm. Oynadığımız komandalardan maliyyə və heyət baxımından üstün deyilik. Nə qərar verilsə, hörmətlə yanaşacağam".

Son xəbərlər

Orphus sistemi