"Kəpəz" yeni transferini açıqlayıb

Futbol
  • 05 oktyabr, 2022
  • 09:20
Kəpəz yeni transferini açıqlayıb

"Kəpəz" klubu yeni futbolçu transferini gerçəkləşdirib.

"Report" Gəncə təmsilçisinin rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, xorvatiyalı qapıçı Mario Mustapiçlə müqavilə imzalanıb.

23 yaşlı oyunçu mövsümün sonunadək "Kəpəz"də çıxış edəcək.

Mustapiç son olaraq ölkəsində "Rudes"in formasını geyinib.

11:45

"Kəpəz" klubu heyətini yeni qapıçı ilə gücləndirib.

"Report"un əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi xorvatiyalı Mario Mustapiçi heyətinə qatıb.

Əyalət təmsilçisi rəsmi feysbuk hesabında yeni transferlə bağlı paylaşım da edib. Oyunçunun adı açıqlanmasa da, onun xorvatiyalı olduğu xəritə vasitəsi ilə göstərilib.

Azad agent olan Mustapiç son olaraq ölkəsində "Rudes"in formasını geyinib.

Qeyd edək ki, "Kəpəz" Azərbaycan Premyer Liqasında 8 oyundan sonra 4 xalla 8-9-cu yerləri bölüşdürür.

Son xəbərlər

Bütün Xəbər Lenti