"Kəpəz" baş məşqçisi ilə müqaviləni uzatdı

"Kəpəz" baş məşqçisi ilə müqaviləni uzatdı Gəncənin "Kəpəz" klubu baş məşqçi Yaşar Vahabzadə ilə müqaviləni uzadıb.
Futbol
5 Avqust , 2020 13:09
Kəpəz baş məşqçisi ilə müqaviləni uzatdı

Gəncənin "Kəpəz" klubu baş məşqçi Yaşar Vahabzadə ilə müqaviləni uzadıb.

"Report"un məlumatına görə, bu barədə icraçı direktor İlqar Nadiri klubun rəsmi saytına açıqlamasında bildirib. O, 60 yaşlı mütəxəssislə daha bir il müddətinə anlaşdıqlarını söyləyib. 

Nadiri baş məşqçinin yeni futbolçularla danışıqlara başlayaraq, heyəti formalaşdırmağa çalışdığını diqqəyə çatdırıb. Klub rəsmisi xüsusən seçimdə gənclərə üstünlük verildiyini vurğulayıb.

Qeyd edək ki, "Kəpəz" 2020/2021 mövsümündə də Azərbaycan I Divizionunda mübarizə aparacaq. 

Son xəbərlər

Orphus sistemi