"Kəpəz" baş məşqçi ilə bağlı qərarını açıqlayıb

Futbol
  • 19 iyun, 2022
  • 05:33
Kəpəz baş məşqçi ilə bağlı qərarını açıqlayıb

"Kəpəz" baş məşqçisi Yaşar Vahabzadə ilə bağlı qərarını açıqlayıb.

Klubdan "Report"a verilən məlumata görə, 62 yaşlı mütəxəssislə ötən mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənib. Gəncə təmsilçisi ilə 1 illik sözləşmə imzalayan baş məşqçi Premyer Liqada da komandanın sükanı arxasında olacaq.

Qeyd edək ki, Yaşar Vahabzadə I Divizionda son 3 mövsümdə komandaya rəhbərlik edib.

44 filmi