"Kəpəz" Azərbaycan Kubokunda 200-cü qolunu vurub
Futbol
- 30 oktyabr, 2025
- 10:00
"Kəpəz" Azərbaycan Kubokunda 200-cü qolunu vurub.
"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Azərbaycan Kubokunun 2025/2026 mövsümünün II təsnifat mərhələsində baş verib.
"Ağstafa Gəncləri" ilə ev oyununda 6:1 hesabı ilə qalib gələn Gəncə təmsilçisinin 4-cü qolu yubiley xarakteri daşıyıb. "Kəpəz"in kubokdakı 200-cü qoluna Elcan Əbilov imza atıb.
Qərb təmsilçisi 111-ci matçında qol sayını 202-yə yüksəldib. Bu göstəricidə yalnız "Qarabağ"la "Neftçi"dən geri qalan "Kəpəz" evdə 117, səfərdə 78, neytral meydanlarda 7 dəfə fərqlənib.
Qeyd edək ki, Gəncə komandasının kubokda ilk qolu 1993 mövsümünə təsadüf edib. "Kəpəz" 1/32 finalın ilk oyununda səfərdə "Nicat"la heç-heçə oynayıb – 2:2.
Son xəbərlər
23:24
İran Prezidenti: ABŞ ilə danışıqlar Xameneinin koordinasiyası ilə aparılır
Region23:11
Sibiqa: Rusiya Ukraynadakı ABŞ şirkətlərinə məqsədyönlü şəkildə hücum edir
Digər ölkələr23:01
Foto
Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
Xarici siyasət22:58
Xabi Alonso Fransa klubunun təklifini qəbul etməyib
Futbol22:57
NZS qəsəbəsində fevralın 20-dək suyun verilməsində fasilə yaranacaq
İnfrastruktur22:43
ABŞ, Rusiya və Ukrayna danışıqları fevralın 18-də davam etdirmək barədə razılığa gəlib - YENİLƏNİB-2
Digər ölkələr22:38
Tramp Kubaya üzən gəmilərin saxlanılmasına verilən icazənin müddətini uzadıb
Digər ölkələr22:23
Ukraynanın keçmiş ədliyyə naziri həbs edilib
Digər ölkələr22:09