"Kayrat"ın futbolçusu "Zenit"ə keçir

"Kayrat"ın futbolçusu "Zenit"ə keçir Qazaxıstan millisinin və "Kayrat"ın futbolçusu Nuralı Alip Rusiya "Zenit"inə transfer olur
Futbol
12 Yanvar , 2022 15:59
Kayratın futbolçusu Zenitə keçir
Nuralı Alip

Qazaxıstan millisinin və "Kayrat"ın futbolçusu Nuralı Alip Rusiya "Zenit"inə transfer olur.

"Report" Sankt-Peterburq təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi artıq tibbi müayinədən keçib.

Gənc oyunçu ilə imzalanacaq müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Nuralı Alip bu mövsüm "Kayrat"ın heyətində 13 oyun keçirib. Bunlardan 2-si Almatı təmsilçisinin "Qarabağ"a 1:2 hesabı ilə uduzduğu UEFA Konfrans Liqasının qrup matçlarına təsadüf edib. Futbolçunun transfer dəyəri 1,7 milyon avrodur. Onun "Kayrat"la 2023-cü ilin yayınadək sözləşməsi var idi.

Qazaxıstan yığması isə UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycanın potensial rəqiblərindəndir.

Son xəbərlər

Orphus sistemi